Universiteti tərk etdilər, bu tətbiqlə varlandılar
28-10-2025, 15:24

Süni intellekt texnologiyalarının sürətlə yayıldığı bir dövrdə, öyrənmə və çalışma vərdişlərini kökündən dəyişdirən bir uğur hekayəsi diqqət mərkəzinə çevrilib: "Turbo AI".
Valyuta.az xəbər verir ki, 2024-cü ilin əvvəlində 20 yaşlarında olan iki universiteti yarımçıq buraxmış gənc – Rudi Arora və Sarthax Davan – tərəfindən qurulan bu startap, bir il ərzində beş milyon istifadəçiyə, səkkizrəqəmli illik gəlirə və hər gün 20 min yeni istifadəçiyə çataraq rekord qırıb.
Fikrin doğulduğu an: “Eyni anda dinləmək və yazmaq imkansız idi”
"Turbo AI"ın əsası universitetdə yaşanan sadə, amma universal bir problemə dayanır: dərs zamanı həm müəllimi diqqətlə dinləmək, həm də not almaq.
Baş direkyor Sarthax Davan bunu belə izah edir:
“Nə vaxt not almağa çalışsam, dinlədiklərimdən geri qalırdım. Dinlədiyimdə isə vacib qeydləri qaçırırdım. O anda düşündüm ki, bəlkə bunu süni intellekt mənim yerimə edə bilər".
Bu ideya onların ilk layihəsi olan "Turbolearna" çevrilib. Proqram dərsləri avtomatik olaraq qeyd edir, xülasə qeydlər, flashcard-lar və mini testlər yaradırdı.
Duyk və Nortvestern universitetlərində tələbələr arasında yayılan tətbiq, daha sonra Harvard və MIT kimi məktəblərə sıçrayıb. Bu uğur, qurucuların universiteti buraxıb tam zamanlı şəkildə layihəyə fokuslanmasına səbəb oldu.
Sadəcə tələbələr üçün deyil
"Turbo AI" bu gün yalnız tələbələrə deyil, profesional iş dünyasına da xidmət edir.
İstifadəçilər artıq təkcə dərs qeydləri deyil, PDF sənədləri, slaydlar, "YouTube" videoları və hesabatlar kimi materialları da yükləyə bilir. Sistem onları avtomatik olaraq etkileşimli öyrənmə materiallarına çevirir.
İstifadəçilərdən bəziləri uzun sənədləri tətbiqə yükləyib, onların podkast formatında xülasələrini dinləyir. Bu, xüsusilə hüquqşünaslar, həkimlər, məsləhətçilər və "Goldman Sachs", "McKinsey" kimi şirkətlərdə çalışan analitiklər arasında populyardır.
Gənc, amma təcrübəli sahibkarlar
Arora və Davan orta məktəbdən bəri dostdurlar və bundan əvvəl də birgə layihələr qurublar.
Davan daha əvvəl 20 milyon istifadəçisi və 6 milyon dollarlıq illik gəliri olan "UMax" adlı tətbiqi hazırlamışdı.
Arora isə sosial media strategiyaları sahəsində uğurlu kampaniyaları ilə tanınırdı.
Onların dediyinə görə, bu dəfə məqsədləri yalnız populyar olmaq deyil, davamlı gəlir gətirən real bir şirkət qurmaq idi. Bu səbəbdən "Turbo AI" bir çox startap kimi milyonlarla dollar sərmayə toplamaq yerinə, cari mənfəətlə böyüməyi seçib.
2024-cü ildə cəmi 750 min dollar ilkin investisiya alıblar, lakin ilk gündən bəri mənfəətlidir.
20 dollarlıq abunə və yeni planlar
Hazırda tələbələr tətbiqdən istifadə üçün aylıq 20 dollar ödəyirlər. Lakin şirkət artıq fərqli seqmentlər üçün dinamik qiymət planları üzərində işləyir.
Bu model istifadəçilərə süni zəka ilə tam avtomatik not alma və manual nəzarət arasında balans qurmaq imkanı verir.
“Yavaş böyümək, davamlı qalmaq”
15 nəfərlik Los Anceles komandası hazırda UCLA kimi universitetlərdəki tələbə icmaları ilə sıx əməkdaşlıq edir.
Qurucuların əsas hədəfi isə sadədir:
“Hər kəs üçün öyrənməni asanlaşdırmaq. Sürətli böyümək deyil, uzunömürlü qalmaq bizim üçün əsasdır".

