DÜNYA XALQLARINDAN BİLMƏDİKLƏRİMİZ: MUNDARİ XALQI
6-11-2025, 10:54

Mundarilər Cənubi Sudanın paytaxtı Cubanın təxminən 75 kilometr şimalında yerləşən kiçik bir etnik qrupdur.
Mundarilər maye daşımaq üçün, qablara çevirdikləri boş balqabaqlardan istifadə edirlər. Buna görə də, müasir dünyadakı hər şey onlar üçün, çox cəzbedici və maraqlıdır.
Qonaqları "araşdırmaq üçün toxunan" insanlar
Onların avropalılara necə maraqlı baxdıqları da gülməlidir. Böyüklər turistlərə yaxınlaşıb təkcə ağ bədənlərinə deyil, həm də bədənlərindəki tükləri də maraqla araşdıra bilərlər, çünki turistlərin dərisi tüksüz olsa da, müəyyən yerlərində - sinə və ayaqlarında tük olur. Onların bədənlərində isə, tamamən tük olmur. Uşaqlar isə, rəsmiyyətə əhəmiyyət vermədən, sadəcə yaxınlaşıb səyahət fotoqraflarının çılpaq ağ ayaqlarındakı dəriyə və tüklərə toxunurlar.
Bir insanın ayaqlarında və ya sinəsində tük olmasına heyran qalırlar. Hətta açıq bədən hissələrinə əlləri ilə yaxınlaşıb toxuna bilirlər.
Onların kişilərində Kalaşnikov avtomatları görünür. Turistlər də həmin avtomatları götürür və güllə dolu olub-olmadığını yoxlayır. Onların sıyıqlarını necə bişirdiklərinə və daxmalarında necə od yandırdıqlarına baxırlar, onlar isə, turistlərə baxır, toxunur və nədən ibarət olduqlarını anlamağa çalışırlar.
Çapıqlar yalnız kişiləri bəzəmir.
Onların süni çapıqla bağlı ritualları da var ki, bu da təbii ki, sırf dekorativ deyil, məsələn, avropalılar kimi, dəb səbəblərindən dərilərini kəsməyi, qulaqlarına tanalar taxmağı, burunlarında dəliklər, pirsinqlər və öyrəşdiyimiz döymələr etməyi xoşlayırlar. Qəbilələr üçün çapıqlanmanın öz müqəddəs mənası var.
Birincisi, bu, qəbilənin mənsubiyyətini göstərir - müxtəlif qəbilələrdə fərqli çapıqlar tətbiq olunur və bu çapıqlar sizi dərhal özlərindən biri və ya kənar biri kimi müəyyən edir.
İkincisi, daha praktik simvollar var: bir qız yetkinlik yaşına çatıb və evlənməyə hazırdırsa, ona görə də anası bədəninə çapıqlar tətbiq edir və bütün icmaya onun evlilik üçün hazır qız olduğunu göstərir. Onlar yalnız çapıqlanma üçün deyil, həm də saç düzümü üçün bıçaqlardan istifadə edirlər. Çapıq qoymaq üçün dərini bir dəfə kəsmək kifayət deyil. Dərini sadəcə kəssəniz, bir həftə ərzində sağalacaq və demək olar ki, heç bir iz qoymayacaq. Kobud və geniş bir çapıq yaratmaq üçün, bir neçə kəsik edirlər. Bitirdikdən sonra yenidən kəsirlər.
Çapıq düzəltmək üçün istifadə etdikləri bu bıçaqlar, həyat üçün vacib olan turistlərin apardıqları hədiyyələr arasında olur. Onlar həmçinin Afrikada çətin əldə edilən, çox dəyərli olan duz kisələrini də məmnuniyyətlə götürürlər.
Onlar inəklərin üzərində yatırlar.
Mundarilərin Elektrik əvəzinə günəş panelləri var. Bəli, mobil telefon xidməti işləyir; telefonlarını bu günəş panellərindən doldururlar. Telefon yalnız ünsiyyət üçün deyil; onlar həmçinin musiqi dinləyirlər. Oxuya və yaza bilməsələr də, mobil telefonlardan istifadə edə bilərlər.
Mundarilər ev tikmirlər. Başları inəyin üzərində, bütün gecə peyin tüstüsünün iyləndiyi odun yanında yatırlar. Bu, bir az istilik verir və milçəkləri və ağcaqanadları uzaqlaşdırır.
Gündüzlər kənddə yalnız qadınlar və uşaqlar olur - demək olar ki, bütün kişilər inəkləri otarmağa gedirlər.
Kənddə qalanlar inək peyinini yığın-yığın yığırlar və axşam yandırırlar.
Mundarilər yandırılmış inək peyininin külünü özlərinə çəkirlər - bu, özlərini ağcaqanadlardan qorumağın bir yoludur. Onlar həmçinin dişlərini küllə fırçalayırlar, çünki o, dezinfeksiyaedici xüsusiyyətlərə malikdir və bakteriyaları öldürür.
Mundari kişiləri bəzən saçlarını inək sidiyi ilə yuyurlar; Sidik turşusu saçlara qırmızı, sarı və ya narıncı rəng verir ki, bu da onlar üçün gözəldir.
Artıq evlərdə yaşayan bu qəbilələrin kəndlərində kiçik, hündür dairəvi evlər var ki, onlar taxıl və digər ləvazimatları burada saxlayırlar. Bunlar Lotuko, Boya və Toposa qəbilələridir. Onlar Mundarilər kimi köçəri çobanlar deyil, fermerlərdir. Kəndlərdə toyuq da saxlayırlar, buna görə də pəhrizdə ən azı bir qədər müxtəliflik var.
Onlar sıyıq və südlə yaşayırlar.
Qəbilələrə qonaq olarkən, əlbəttə ki, başqa heç nə yoxdur. Mundarilər yalnız sıyıq və təzə südlə yaşayırlar. Onlar bunu birbaşa inəkdən, birbaşa yelinlərindən içə bilərlər. Bəzən inək qanı da içirlər. Onlar yalnız çox qocalanda və ya yaralananda inəkləri öldürür və yeyirlər, amma bu, çox nadir hallarda ola bilər. İnəklər onlar üçün ailə üzvü kimidir. Onlara belə yanaşırlar və praktik olaraq, ətsiz yaşayırlar.
Mundarilər məkanına səyahət etmək fikrinə düşsəniz ehtiyatlı olun
Əlbəttə ki, çoxsaylı icazələr almalısınız - giriş icazəsi, viza və kamera daşımaq üçün ayrıca icazə, çünki, orada ordu hər şeyə nəzarət edir. Hər gün sürücülər hansı nəzarət məntəqələrindən keçə bilib və keçə bilməyəcəklərini bildirən ayrıca icazələr almalıdılar.
Yerli qəbilələr bir-birinə hücum etməyə başladığı üçün, getməyi planlaşdırılan yollar çox vaxt bağlı olur. Paytaxtdan kənar yollarda silahlı mühafizəçilərlə səyahət edilməlidir. Arxada pulemyotlarla silahlanmış mühafizəçilər yerli sakinlərin edə biləcəyi hər hansı bir hiyləni izləyir.
Döyüşkən qəbilə daim mal-qarasını işğalçılardan qorumalıdır, buna görə də çobanlar hətta sürüləri ilə yatırlar, əlləri həmişə dolu Kalaşnikov avtomatlarının üzərindədir.
Bir qəbilə digərinə hücum etdikdə, yalnız kişiləri öldürdükdən sonra, evləri yandıra, qadınları və inəkləri götürə və sonra öz kəndlərinə geri çəkilə bilər.
Esmira ŞÜKÜROVA



