Uşaq vaxtı icad etdiyi qurğu ilə milyonçuya çevirdi - SƏHƏR OXUSU
3-11-2025, 15:14

Jordan Daykin 14 yaşında ilk biznes fəaliyyətinə başlayıb.
Valyuta.az xəbər verir ki, o, əvvəlcə onlayn oyun hesabları satmaqla məşğul olurdu, lakin onun əsl uğuru tamamilə başqa bir sahədə - inşaat texnologiyasında ortaya çıxdı.
17 yaşında babası ilə birlikdə evdə pərdələri divara möhkəmləndirmək üçün təhlükəsiz və dayanıqlı vasitə axtararkən, bazarda bunun üçün uyğun bir məhsulun olmadığını görür. Bu problemin həlli olaraq o, “GripIt Fixings” adlı yeni bir fiksasiya sistemi icad edir. Məhsul gips və digər yüngül divar materiallarında ağır əşyaların asılmasını asanlaşdırır.
2014-cü ildə Jordan “Dragons' Den” adlı məşhur televiziya proqramında çıxış edərək layihəsini tanıdır və 80 000 funt sterlinq investisiya qazanır. Bu, proqram tarixində investisiya qazanan ən gənc iştirakçı olması ilə də yadda qalır.
“GripIt Fixings” məhsulları qısa müddətdə “B&Q” və digər böyük satış şəbəkələrində yer alır. Şirkət sürətlə böyüyür və bir neçə milyon funt dəyərində biznesə çevrilir. Jordan bu uğurla Britaniyanın gənc sahibkar simalarından biri kimi tanınır.

