İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? (SİYAHI)
3-11-2025, 10:14
Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən 15 yaşından yuxarı Azərbaycan vətəndaşlarının sayı 852 min 331 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı 3 min 80 nəfər təşkil edib.
Qeyd edək ki, işsiz şəxslərin ən çox səfər etdiyi ölkə Gürcüstan olub. Hesabat dövründə bu ölkəyə 1 477 nəfər işsiz vətəndaş səfər edib.
İşsizlərin daha çox üz tutduğu ikinci ölkə Rusiya olub – 525 nəfər. Üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Bu ölkəyə 450 nəfər işsiz səfər edib.
İşsiz Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist kimi səfərlərinin statistikası aşağıdakı kimidir:
Gürcüstan – 1 477 nəfər Rusiya – 525 nəfər Qazaxıstan – 450 nəfər BƏƏ – 138 nəfər Çin – 117 nəfər Moldova – 85 nəfər Belarus – 55 nəfər Polşa – 53 nəfər Özbəkistan – 44 nəfər İran – 38 nəfər Avstriya – 28 nəfər İsrail – 20 nəfər Hindistan – 10 nəfər Lüksemburq – 3 nəfər Niderland – 2 nəfər Digər ölkələr – 35 nəfər