İlk insanların haradan gəldiyi məlum oldu - ARAŞDIRMA

4-11-2025, 10:14           
İlk insanların haradan gəldiyi məlum oldu - ARAŞDIRMA
Beynəlxalq antropoloqlar qrupu ilk insan köçünün indiki Cənubi Afrikanın sahillərindən başlamış ola biləcəyini bildirirlər.

Araşdırma "Transactions of the Royal Society of South Africa" (TRSSA) jurnalında dərc edilib. Məqalədə təxminən 70.000 il əvvəl kiçik insan qruplarının cənub sahillərini tərk edərək qitənin şərq sahilləri ilə hərəkət etməyə başladığı qeyd olunur. Onlar 20-30 min ildən sonra Qırmızı dənizi keçərək Ərəbistan yarımadasına çatıblar, oradan da Avrasiyaya yayılıblar.

Tədqiqatçılar qeyd edirlər ki, Cənubi Afrika icmalarının iqlimi, resursların mövcudluğu və inkişaf səviyyəsi miqrasiyanın başlanması üçün ideal şərait yaradıb.

Onlar hesab edirlər ki, əhalinin artımı, resurslar uğrunda rəqabət və iqlim dəyişikliyi müasir insanların əcdadlarını Böyük Miqrasiyaya sövq edib. Sahil marşrutu qida, su və mülayim iqlim təmin etməklə yanaşı, böyük yırtıcılarla qarşılaşma riskini də azaltmaqla ən təhlükəsiz olduğunu sübut edib.\\Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru