Dünyada ən dözümlü canlı müəyyən edildi

5-11-2025, 17:44           
Dünyada ən dözümlü canlı müəyyən edildi
Tədqiqatçılar Yer kürəsinin ən dözümlü heyvanını müəyyən ediblər.

Oxu.Az "Science Alert"ə istinadən xəbər verir ki, onun zülalı xərçəng və ürək-damar xəstəlikləri üçün inqilabi müalicələr hazırlamağa imkan verə bilər.

Su ayıları və ya mamır donuzu kimi tanınan mikroskopik canlılar inanılmaz dözümlülük nümayiş etdirirlər. Onlar qaynar suya, son dərəcə aşağı temperatura və əzici təzyiqə tab gətirə bilirlər. Bu canlılar həmçinin kosmosda sağ qala bilən yeganə heyvanlardır.

Su ayıları insanın dözə biləcəyindən 2000 dəfə yüksək radiasiya səviyyələrinə tab gətirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru