COVID-19 ürək və damarlar üçün vaksinasiyadan daha təhlükəlidir - Elmi tədqiqat

6-11-2025, 17:44           
COVID-19 ürək və damarlar üçün vaksinasiyadan daha təhlükəlidir - Elmi tədqiqat
Bu günə qədər aparılan və təxminən 14 milyon uşağın iştirak etdiyi ən böyük tədqiqat göstərib ki, COVID-19-a yoluxma vaksinasiyadan fərqli olaraq, ürək və damar sistemində daha ciddi iltihablara səbəb olur.

Araşdırma Kembric, Edinburq və London Universitet Kollecinin alimləri tərəfindən "Health Data Research UK"in dəstəyi ilə aparılıb və nəticələr "The Lancet Child & Adolescent Health" jurnalında dərc edilib.

2020-2022-ci illər ərzində 18 yaşadək uşaqların tibbi qeydlərinin təhlili göstərib ki, COVID-19 keçirdikdən sonra miokard, perikardit və tromboz riski ilk həftələrdə ən yüksək səviyyədə olub və 12 ay ərzində yüksək olaraq qalıb.
Vaksinasiyadan sonra isə ürək iltihabı riskində yalnız təxminən dördhəftəlik qısamüddətli artım müşahidə edilib, daha sonra göstəricilər normallaşıb.

Alimlərin hesablamalarına görə, xəstəliyi keçirən hər 100 min uşaqdan orta hesabla 2.24-də ürək iltihabı aşkarlanıb, peyvənd olunanlarda isə bu göstərici cəmi 0.85 hal təşkil edib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, peyvənddən sonra müşahidə edilən fəsadlar çox nadir hallarda baş verir və qısa müddətdə keçib gedir, COVID-19-un nəticələri isə daha ciddi və uzunmüddətli olur.

Beləliklə, alimlər bu qənaətə gəliblər ki, vaksinasiya deyil, məhz infeksiyanın özü uşaq və yeniyetmələrin ürək-damar sağlamlığı üçün daha böyük təhlükə yaradır. Onlar bildirirlər ki, əldə edilən nəticələr peyvəndlərlə bağlı geniş yayılmış narahatlıqları təkzib edir və onların təhlükəsizliyini bir daha təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru