Qışda isinmək istəyənlər hara üz tutmalıdır? - Avropada və dünyada ən isti turizm yerləri

7-11-2025, 17:14           
Qışda isinmək istəyənlər hara üz tutmalıdır? - Avropada və dünyada ən isti turizm yerləri
Qış aylarında Avropanın soyuq bölgələrində yaşayan bir çox insan isinmək və günəşdən zövq almaq üçün isti iqlimə malik yerlərə üz tutur. Bəziləri uzaq ölkələrə səyahət edir, bəziləri isə evinə yaxın istiqamətləri seçir.

Valyuta.az xəbər verir ki, bir çox avropalı turist qış günəşi üçün öz qitəsində qalmağı üstün tutur, çünki belə halda səyahət qısa çəkir və aşağıbüdcəli aviaşirkətlərin sayəsində turizm agentliklərinə ehtiyac qalmadan səfəri müstəqil şəkildə planlaşdırmaq mümkündür.

Lakin Avropanın böyük hissəsində qış ayları soyuq keçir, buna görə də isinmək üçün çox az seçim qalır. Temperatur nadir hallarda +20°C-ni keçir, yəni dənizdə üzmək üçün kifayət etməsə də, gəzintilər üçün olduqca rahatdır.

"The Independent" qəzetinin yazdığına görə, Avropada qışda günəş və nisbətən isti hava üçün aşağıdakı istiqamətlər uyğun sayılır:

* Kipr adası
* Cəbəllütariq
* Madeyra adası (Portuqaliya)
* Kanar adaları (İspaniya, Qran-Kanariya, Lansarote, Tenerife)

Bu bölgələrdə qışda orta temperatur +15-+18°C arasında dəyişir və gün ərzində təxminən altı saat günəşli hava müşahidə olunur.

Avropadan kənarda qışda istirahət üçün isti istiqamətlər:

Daha yüksək temperatur arayanlar üçün isə yol bir qədər uzaqdır və belə səfərlər adətən 10 gündən çox çəkir. Bu halda turizm şirkətlərinin xidmətindən istifadə etmək tövsiyə olunur.

Ən yaxın isti istiqamətlərdən biri Misirdir. Burada qış fəsli, yayın yandırıcı istiləri ilə müqayisədə, daha mülayim keçir. Məsələn, Hurqadada dekabr ayında orta temperatur +21,5°C-dir və gündə yeddi saat günəşli hava olur.

Afrikanın digər tərəfində yerləşən Keyptaun (Cənubi Afrika Respublikası) isə dekabr ayında orta hesabla +22°C temperatur və 11 saat günəş işığı ilə qışda səyahət üçün ideal sayılır.

Digər isti və günəşli istiqamətlər isə bunlardır:

* Banqkok, Tailand – orta temperatur +27°C, 9 günəşli gün
* Hoşimin, Vyetnam – orta temperatur +27°C, 8 günəşli gün
* Barbados – orta temperatur +26°C, 9 günəşli gün
* Buenos-Ayres, Argentina – orta temperatur +25°C, 9 günəşli gün
* Kankun, Meksika – orta temperatur +25°C, 6 günəşli gün
* Maskat, Oman – orta temperatur +23°C, 9 günəşli gün
* Melburn, Avstraliya – orta temperatur +21°C, 10 günəşli gün
* Sidney, Avstraliya – orta temperatur +21°C, 8 günəşli gün
* Dubay, BƏƏ – orta temperatur +20°C, 8 günəşli gün

Ekspertlərin qeyd etdiyinə görə, yanvar ayında Cənub yarımkürəsində yay fəslinin qızğın dövrü başlayır. Bu dövrdə Melburn və Dubay kimi istiqamətlər həm günəşli çimərliklər, həm də isti şəhər istirahəti üçün ideal şərait yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru