Həkimlər pasiyentin icazəsiz şəklini paylaşmağa görə cinayət məsuliyyəti daşıyırmı? — AÇIQLAMA

8-11-2025, 07:54           
Həkimlər pasiyentin icazəsiz şəklini paylaşmağa görə cinayət məsuliyyəti daşıyırmı? — AÇIQLAMA
"Həkimin pasiyentin icazəsiz şəklini yaymasında heç bir cinayət məsuliyyəti yoxdur. Sadəcə, vətəndaş məhkəməyə müraciət edərək ona dəymiş mənəvi zərərin əvəzini tələb edə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

O bildirib ki, bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB həmin həkimin etik qaydalara riayət edib-etməməsi ilə bağlı ayrıca tədbirlər görə bilər:

"Çünki bu cür məlumatların icazəsiz yayılması etik normaların pozulması kimi qiymətləndirilir. Yaxşı ki, belə halların qarşısını almaq üçün müvafiq qaydalar və nəzarət mexanizmləri mövcuddur".

Qeyd edək ki, bir neçə ay öncə əməliyyat keçirən pasiyentlərdən biri həkimin onu icazəsiz paylaşması ilə bağlı polisə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru