Peskovun ulu babası Azərbaycanın düşmələrindən olan 26 Bakı komissarlarından biri olub
8-11-2025, 09:44
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə şəcərəsi açıqlanıb. Bu barədə "Layihə" jurnalı məlumat dərc edib. Məlum olub ki, məmurun ulu babası Yakov Zevin 1918-ci ildə güllələnən 26 Bakı komissarından biri olub. Ölümündən sonra Lenin onun dul arvadını Moskvada mənzillə təmin edib. Peskovun ulu babası Nadejda Krupskaya ilə Xalq Maarif Komissarlığında çalışıb və Lenin ailəsinə yaxın hesab olunub. Peskovun anası Nadejda Zevina Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin partizan “təmizləmələri”ndə iştirak edib və ömrünün son illərində Lenin muzeyində işləyib. Azadlıq Qəzeti