Ayda qədim kraterin fotosu ortaya çıxdı

9-11-2025, 10:44           
Ayda qədim kraterin fotosu ortaya çıxdı
Ayın görünən tərəfindəki Neper kraterinin fotosu çəkilib.

Oxu.Az xəbər verir ki, kraterin fotosu Rusiyanın Federal Kosmik Agentliyi "Roskosmos"un "Telegram" kanalında paylaşılıb.

Qeyd olunur ki, kraterın 3.9-4.1 milyard yaşı var. Krater intensiv bombardman dövründə formalaşıb və Ay diskinin kənarında yerləşir. Bu səbəbdən o çox vaxt təhrif olunmuş rakursda görünür.

"Kraterin diametri təxminən 142 km-dir (içərisinə Monteneqro ölçüsündə bir dövlət yerləşə bilərdi)", - "Roskosmos"dan bildirilib.

Həmçinin qeyd olunur ki, paylaşılan foto "Schmidt-Cassegrain C/9.25 XLT" teleskopu, ASI678MC kamerası və "UV&IR Cut" filtri vasitəsilə çəkilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru