Sayğaca "forsaj verən" cihazlar - İşıq pulu çatdırmaq olmur

10-11-2025, 15:24           
Sayğaca "forsaj verən" cihazlar - İşıq pulu çatdırmaq olmur
Evdə işıq sayğacını sürətlə fırladan əşyalar müəyyən edilib.

TEREF xəbər verir ki, evdə ən çox enerji sərf edən və sayğacın daha sürətlə fırlanmasına səbəb olan cihazlar elektrik isidicilər, su qızdırıcıları, kondisioner və klimat sistemləri hesab olunur.

Həmçinin elektrik sobası, mikrodalğalı soba, paltaryuyan və qabyuyan maşınlar, elektrikli ütü və qəhvə maşınları yüksək enerji tələbatına görə sayğacı sürətlə fırladır. Köhnə soyuducu və dondurucuların motorları da buna təsir göstərir.

Qeyd olunur ki, LED lampalar, kiçik elektron cihazlar və kompüterlər işıq sayğacını əhəmiyyətli dərəcədə sürətləndirmir. İstehlakçıların sayğacın daha sürətlə fırlanmasının qarşısını almaq üçün yüksək güclü cihazları eyni anda işlətməməsi tövsiyə olunur.
Milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru