"Epşteyn işi": Rusiyadan 18 yaşlı qız insan alverinə cəlb edilib

19-12-2025, 10:38           
"Epşteyn işi": Rusiyadan 18 yaşlı qız insan alverinə cəlb edilib
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsində təmsil olunan Demokrat Partiyası üzvləri qalmaqallı maliyyəçi Cefri Epşteynin arxivindən yeni foto və videolar yayımlayıblar.

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, onların arasında Rusiyadan olan 18 yaşlı qızın Epşteynin yanına göndərilməsi məsələsinin müzakirə olunduğu yazışmanın skrinşotu da yer alıb.

"Mənim agent olan bir dostum var, o, bu gün mənə bir neçə qız göndərib. Amma hər qız üçün 1 000 dollar istəyir. İndi sənə qızları göndərəcəyəm. Bəlkə hansısı C-yə uyğun olar?", - deyə mesajlarda qeyd olunur.

Daha sonra əlaqə saxlayan şəxs qadının adını, yaşını, boyunu, çəkisini və fiziki xüsusiyyətlərini göndərib. Mesajda qadının Rusiyadan gələcəyi qeyd olunub.

Ümumilikdə bu gün təxminən 70 foto yayımlanıb. Onlar arasında ciddi şəkildə redaktə olunmuş qadın pasportlarının şəkilləri, Epşteynlə əlaqəli tanınmış kişilərin görüntüləri və Epşteyn üçün qadınların cəlb edilməsi ilə bağlı mətn mesajları yer alır.

Cefri Epşteyn 6 iyul 2019-cu ildə yetkinlik yaşına çatmayanların alveri ittihamı ilə həbs olunub. Qurbanların ən kiçiyinin yaşı 14 olub. Həbsindən bir ay sonra Epşteyn həbsxana kamerasında intihar edib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru