Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun

Bu gün, 00:11           
Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun
Bank kartı sifariş edərkən yalnız onun pulsuz təqdim olunmasına deyil, müqavilədə qeyd olunan bütün şərtlərə diqqət yetirmək lazımdır.

TEREF xəbər verir ki, bəzi banklar ödənişsiz təqdim etdikləri kartlar üçün illik dövriyyə tələbi müəyyən edirlər. Müştəri il ərzində tələb olunan məbləğdə əməliyyat etmədikdə, kartın illik xidmət haqqı hesabdan tutulur.

Diqqət edilməli digər məqam isə nağdlaşdırma komissiyasıdır. Bəzi kartlarda həm bankın öz bankomatlarından, həm də digər bankların bankomatlarından nağd pul çıxarılmasına görə komissiya tətbiq edilir. Bu komissiyaların məbləği isə bankdan banka dəyişir.

Bundan əlavə, kartdan karta (card-to-card) köçürmələr zamanı da əlavə ödəniş yarana bilər. Həm eyni bankın kartları, həm də müxtəlif bankların kartları arasında edilən köçürmələr üçün komissiya tutulması mümkündür.

Yüksək depozit faizi təklif edən banklarda da bəzi məhdudiyyətlər ola bilər. Məsələn, depozitdən vəsaitin nağdlaşdırılması üçün limit müəyyən edilə və ya əlavə komissiya tətbiq oluna bilər.

Bu səbəbdən bank kartı sifariş etməzdən əvvəl bütün tarif və xidmət şərtlərini diqqətlə oxumaq tövsiyə olunur. Əks halda, "pulsuz" görünən kart sonradan gözlənilməz xərclərə səbəb ola bilər.\\milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru