Sosial şəbəkələrdə vətəndaşların "Lukoil" yanacaqdoldurma məntəqələrinin fəaliyyəti ilə bağlı narazılıqları davam edir. Vətəndaş “Lukoil” yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacağın əskik vurulduğunu iddia edir.
Onun sözlərinə görə, bu halla ilk dəfə qarşılaşmır. Sürücü bildirir ki, artıq neçənci dəfədir eyni problemlə üzləşir və yanacağın tam həcmdə verilmədiyini düşünür. O, “Cibimizə girirlər” deyərək narazılığını ifadə edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. patrul.az Video burda: “Lukoil” YDM cibə girir