Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb

Bu gün, 11:34           
Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb
Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.

Oxu.Az ura.ru-ya istinadən xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.

O, qızın xarici görünüşü ilə bağlı "bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur" ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.

Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki qəbul etməsi dərman qəbul etməsi ilə bağlıdır:

"O, uşağın ən uğursuz fotosunu paylaşıb. Necə olur ki, başqasının uşağını paylaşaraq onun çirkin olduğunu yazır?"

Ural Federal Universitetindən bildirilib ki, faktla bağlı araşdırma aparılır və nəticəyə uyğun qərar veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru