Fast-food müştərisi əslində nə istəyir? 5 500 nəfərlik araşdırma açıqlandı

Bu gün, 16:08           
Fast-food müştərisi əslində nə istəyir? 5 500 nəfərlik araşdırma açıqlandı
ABŞ-da 5 500-dən çox istehlakçı arasında aparılan araşdırma fast-food restoranlarının seçimində əsas amillərin endirim və rəqəmsal tətbiqlər deyil, dad və restoranın yerləşdiyi məkan olduğunu göstərib.

Valyuta.az xəbər verir ki, restoranların loyallıq proqramlarına, mobil tətbiqlərə və rəqəmsal xidmətlərə yatırımları artsa da, müştərilərin restorana qayıtmasının əsas səbəbləri dəyişməyib. Dad və əlçatanlıq hələ də ön plandadır.

Digər tərəfdən, rahatlıq anlayışı da dəyişir. Müştərilər yalnız sürətli xidmət deyil, onlara yaxın yerləşən restoranları da üstün tuturlar. Araşdırmaya əsasən, QSR sifarişlərinin 96%-i hələ də fiziki olaraq restoranlardan götürülür. Bura avtomobillə xidmət, restoranda yemək və əvvəlcədən sifariş edilən məhsulların götürülməsi daxildir.

Loyallıq proqramları isə artıq restoranları rəqiblərindən fərqləndirən əsas üstünlük hesab olunmur. İstehlakçıların təxminən 70%-nin telefonunda ən azı bir fast-food loyallıq tətbiqi olsa da, onların yalnız 30%-i bu tətbiqlərin restoran seçiminə təsir etdiyini bildirib.

Məlumata görə, rəqəmsal tətbiqlərin əsas üstünlüyü sifariş prosesini asanlaşdırmaqdır.

Xatırladaq ki, Z nəslinin davranışında isə müəyyən fərqlər müşahidə olunur. Bu nəslin 76%-i ən azı bir fast-food tətbiqi yükləyib və onların tətbiqlərdən müntəzəm istifadə ehtimalı digər nəsillərlə müqayisədə iki dəfə yüksəkdir. Z nəsli üçün də dad və restoranın yaxınlığı əsas amillər olaraq qalır.

Bu nəsil çatdırılma xidmətlərindən digər nəsillərlə müqayisədə 50% daha çox istifadə edir. Buna səbəb şəxsi nəqliyyat vasitələrinə çıxış imkanlarının daha məhdud olması ilə əlaqələndirilir.

Nəticədə araşdırma fast-food sektorunda texnologiya və endirimlərin vacib olduğunu, lakin müştərinin əsas seçim səbəbini əvəz etmədiyini göstərir. Restoranlar üçün əsas rəqabət üstünlüyü isə hələ də dadlı yemək və müştəriyə əlçatan məkandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru