Yuxuda danışmaq təhlükəli pozuntuların əlaməti ola bilər - Həkimdən xəbərdarlıq

Bu gün, 11:54           
Yuxuda danışmaq təhlükəli pozuntuların əlaməti ola bilər - Həkimdən xəbərdarlıq
Əksər hallarda yuxuda danışmaq, yəni somnilokviya, təhlükə yaratmır. Lakin bəzi hallarda bu vəziyyət ciddi xəstəliklərin əlaməti ola bilər.

Bunu rusiyalı psixiatr-narkoloq, tibb elmləri namizədi Ruslan İsaev RT-yə müsahibəsində bildirib.

Həkim yuxuda danışmağın hansı hallarda sağlamlıq problemlərinə işarə edə biləcəyini açıqlayıb.

Ruslan İsaev xəbərdarlıq edib ki, yuxuda danışmaq qəfil şəkildə və yetkinlik dövründə başlayıbsa, qışqırıq, qorxu, qəfil hərəkətlər, yataqdan qalxmaq cəhdləri və ya yatağa zərbə vurmaq kimi hallar müşahidə olunursa, buna diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, belə simptomlar müşahidə edildikdə mümkün qədər tez həkimə müraciət etmək tövsiyə olunur. Çünki bu əlamətlər gecə epileptik tutmalarının, yuxuda tənəffüs pozğunluqlarının və digər parasomniyaların göstəricisi ola bilər.

"Gecə epizodları insanın özünün və ya yaxınlarının yuxusunu əhəmiyyətli dərəcədə pozarsa, gün ərzində nəzərəçarpacaq yuxululuq, xroniki yorğunluq və ya yuxu pozğunluqları yaranarsa, mütəxəssisə müraciət etmək də vacibdir", - deyə psixiatr qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru