ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib

Bu gün, 12:18           
ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münaqişəsində uğursuzluğa düçar olur. Vaşinqtonun Ottavaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib.

"Report"un məlumatına görə, bu barədə "The Atlantic" yazıb.

Nəşrin fikrincə, Kanada iqtisadiyyatının ABŞ iqtisadiyyatından əhəmiyyətli dərəcədə kiçik olmasına baxmayaraq, ölkə hökuməti milli maraqlarını effektiv şəkildə müdafiə edə bilir. Kanadanın Baş naziri Mark Karni də Trampdan daha populyardır. Bundan əlavə, Kanada cəmiyyəti Vaşinqtona qarşı yaranmış inamsızlıq fonunda birləşib.

"The Atlantic" qeyd edir ki, Trampın uzunmüddətli münaqişələrdə tərəflərin dözümlülük amilini nəzərə ala bilməməsi həm İranla qarşıdurmada, həm də ticarət mübahisələrində uğursuzluqlarının səbəblərindən biri olub.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Ottavanın Vaşinqton tərəfindən təklif olunan razılaşmadan imtina etdiyini bildirmişdi. Bundan sonra ABŞ Kanadanın bir sıra məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru