“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir

18-12-2025, 10:00           
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir
Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Məqsəd şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilib.
Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.
İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib. Təlimə, həmçinin Şəki rayonunun Baltalı - kəndinin müəllim və şagirdləri də qatılıblar.
Növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]