Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın...

Bu gün, 09:54           
Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın...
Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın, müsəlman dini ayinlərinə əməl etdiyi üçün vəzifəsindən uzaqlaşdırılan Azərbaycanın ilk qadın xarici işlər naziri Tahirə Tahirova.
Tahirə Tahirovanın babası Qafqaz müsəlmanlarının IV Şeyxülislamı Mirzə Həsən Tahirzadə olub. Tahirə xanımın atası Əkbər bəy dövrünün savadlısı, ziyalısı olub. Əkbər bəy Qori müəllimlər seminariyasını bitirərək rus dili müəllimi kimi Türkmənistanın Marı vilayətinin Bayramalı şəhərinə göndərilir. 1913-cü ildə Tahirə xanım Bayramalı şəhərində dünyaya gəlir.
1920-ci ildə Tahirovlar ailəsi Bakıya köçür. 1935-ci ildə Tahirə Tahirova Azərbaycan Neft İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tahirə xanım tələbə vaxtı tanış olduğu geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə həyatı qurur. Abdulla Bayramov Azərbaycan SSR-də rəhbər vəzifələrdə - Mərkəzi Komitədə katib, Mədəniyyət naziri, Geologiya İdarəsinin rəisi və digər vəzifələrdə çalışıb. Abdulla Bayramov 1977-ci ildə vəfat edib.
Tahirə xanım elmi fəaliyyətinə 1936-cı ildə başlayıb, Neft mühəndisi kimi Bakının bir sıra neft mədənlərində çalışıb. 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilib. 1942-ci ildən etibarən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Neft şöbəsinin müdiri kimi cəbhəyə fasiləsiz neft təchizatına cavabdeh olub. T.Tahirova müsəlman dini ayinlərinə riayət еtdiyini hökumətindən gizlətdiyi üçün bütün vəzifələrindən uzaqlaşdırılıb. Sonradan elmi-tədqiqat və müəllimlik işinə qayıdıb və 1949-1954-cü illərdə Azərbaycan Nеft və Kimya İnstitutunda çalışıb. O, SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirdikdən sonra, 1959–1983-cü illər ərzində Azərbaycan SSR xarici işlər naziri kimi fəaliyyət göstərib. Paralel olaraq 1963–1968-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyıb. T.Tahirova xüsusi xidmətlərinə görə, Lеnin ordеni, 6 dəfə Qırmızı Əmək Bayrağı, Şərəf nişanı, Xalqlar dostluğu ordеnləri və bir çox mеdallarla təltif еdilib.
1991-ci il oktyabrın 26-da 78 yaşında Bakıda vəfat еdib və Fəxri xiyabanda dəfn olunub.
Vüqar Həsənov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru