"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO

12-03-2026, 17:28           
"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO
Mobil operator "Nar" ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. "Nar"ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.

"Nar"ın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi, real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir. Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir.

Təlimdən öncə "Nar"ın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər zaman olduğundan daha artıq ehtiyac olduğunu bildirdi.

Qeyd edək ki, "Nar" Azərbaycanın rabitə bazarına peşəkar kadrların hazırlanması məqsədilə, paytaxt və regionlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir və bu çərçivədə universitetin tələbələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı layihələr həyata keçirir.

Mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru