Şəhərin kommunal xidmətlər gücləndirilmiş iş rejimində, Sabunçu başçısı da əraziyə gəldi FOTO

29-03-2026, 00:08           
Şəhərin kommunal xidmətlər gücləndirilmiş iş rejimində, Sabunçu başçısı da əraziyə gəldi FOTO
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.
27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilir.
Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]