Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO

Bu gün, 17:47           
Adil Vəliyev qanun-qayda-tanımır? -
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yaşıllıqların məhv edilərək ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.

Bizimesr.com bildirir ki, sözügedən ərazidə bir müddətdir tikinti işləri aparılır. Təbii ki, həmişəki kimi, qanunsuz və sənədsiz.

Sakinlərin bildirdiyinə görə, tikintidən əvvəl ərazidə çoxsaylı ağaclar olub. Ağaclar gecə saatlarında və ya gizli şəkildə kəsilərək ərazi hasarlanıb, daha sonra isə tikinti işlərinə başlanılıb.

Ərazi sakinləri hesab edirlər ki, yaşıllıqların məhv edilməsi və tikinti işlərinin aparılması ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır. Onlar məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin indiyədək hər hansı rəsmi cavab almadıqlarını bildiriblər: "Adil Vəlyev Sabunçu sakinlərini saya salmır. Nə müraciətləri eşidir, nə də suallara cavab verir. Sadəcə uzun illərdir bu rayonda istədiyini edir".

Məsələni dəqiqləşdirmək məqsədilə redaksiyamız tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi sorğular ünvanlanıb. Lakin material dərc olunanadək sorğularımıza cavab verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru