"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

Bu gün, 16:24           
"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb
Maykl Seylorun (Michael Saylor) rəhbərlik etdiyi "Strategy" şirkəti ötən həftə olduğu kimi bu həftə də yeni "Bitcoin" (BTC) alışı həyata keçirməyib.

Valyuta.az xəbər verir ki, şirkət iyunun sonunda açıqladığı "Digital Capital Plan" strategiyasına sadiq qalaraq nağd vəsait ehtiyatını artırmağa davam edir.

Son əməliyyat çərçivəsində 263 milyon dollar dəyərində MSTR səhmlərinin satışı nəticəsində şirkətin ehtiyatlarına 225 milyon dollar əlavə olunub. Bununla da "Strategy"nin nağd vəsait ehtiyatı 3,2 milyard dolları ötüb.

Buna baxmayaraq, şirkət 843 min 775 ədəd "Bitcoin" ilə dünyanın ən böyük korporativ kriptovalyuta xəzinəsinə sahib olmağa davam edir.

Şirkət bu günədək sözügedən "Bitcoin"lərin alınmasına ümumilikdə 63 milyard dollar vəsait xərcləyib.

Sərvanə Rəmixanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru