ABŞ PKK-ya silah yardım edib - Ankara Vaşınqtondan cavab gözləyir

13-10-2015, 12:15           
ABŞ PKK-ya silah yardım edib - Ankara Vaşınqtondan cavab gözləyir
ABŞ terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-yə ("Demokratik Birlik Partiyası") 27 konteyner silah-sursat göndərib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda terrorçulara məxsusu "Politik kedi" saytı məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara Vaşınqtondan məsələ ilə bağlı açıqlama gözləyir. Bu silahların Türkiyə ərazsindəki İncirlik bazasından göndərilməsinə dair məsəslə araşdırılır.
Xəbərdə bildirilib ki, ABŞ axtarış-xilasetmə vertolyotunu Diyarbəkirdəki hərbi bazaya göndərmişdi.

Bundan başqa, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, ABŞ "PYD" və "YPG"-ni ("Xalqı Müdafiə Birliyi") terrorçu təşkilatlar kimi tanımır: "Onlar İŞİD-ə qarşı mübarizə aparır. O biri tərəfdən isə Suriya Ərəb Şurasını formalaşdıran "Ceyş əl-Suvar", "Burkan əl Fırat", "El Sanadid", "El Cezire Tugayları (briqadası)" və "Süryani əsgəri şurası"nın “Suriya Demokratik Güçləri”nə birləşirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru