Qərbi Afrikada yerləşən Burkina-Fasoda vətəndaş savaşı başladı. JNIM adlı cihadçı qruplaşma və onunla əlaqəli silahlı dəstələr motosikletlərlə kəndlərə hücum edib xaos yayır, hökumət qüvvələri ilə döyüşür və ölkənin islamçı, şəriət əsaslı idarə olunmasını tələb edirlər. Qarşı tərəfdə isə İbrahim Traoreyə tabe olan hökumət və ordu qüvvələri dayanır. Onların da böyük hissəsi müsəlmandır. Lakin Burkina-Fasonun dünyəvi dövlət quruluşu ilə idarəsinin tərəfdarıdırlar və cihadçı qruplaşmaların şəriət əsaslı idarəçilik yaratmaq cəhdləri rədd edilir. Qeyd edim ki, təxminən 24 milyon əhalisi olan Burkina-Fasoda əhalinin 63,8%-i müsəlman sünnidir. 26,3% xristian, 9%-ə yaxını isə ənənəvi Afrika dinlərinin davamçısıdır. Orxan Atabəy