ABŞ və Rusiya təyyarələri Suriya səmasında üz-üzə gəldi

14-10-2015, 00:00           

Pilotların hərəkətləri peşakar kimi qiymətləndirilib.

ABŞ və Rusiya HHQ-nin təyyarələri Suriya səmasında üz-üzə gəlib.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi polkovnik Stiv Uorrenin sözlərinə görə, Amerika və Rusiya təyyarələri Suriya səmasında oktyabrın 10, şənbə günü üz-üzə gəliblər.

Həmin gün ABŞ və Rusiya arasında Suriya səmasında uçuşların təhlükəsizliyinin təmin edilməsi barədə danışıqlar gedirdi.

Polkovnik Uorren amerikalı və rusiyalı pilotların hərəkətlərini peşakar adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru