İran nümayəndə heyəti hücum planı üçün Dəməşqdə - minlərlə İran əsgəri Suriyaya gətirilib

14-10-2015, 20:37           
İran nümayəndə heyəti hücum planı üçün Dəməşqdə - minlərlə İran əsgəri Suriyaya gətirilib
İran parlamentinin deputatları Əsəd rejimi ilə Suriyanın şimal şərqində müxalifətçilərə qarşı başlatılacaq əməliyyatın detallarını görüşmək üçün Dəməşqə gedib.

Avropa.info xəbər verir ki, iranlıların Dəməşq səfəri İran məclisinin Milli Təhlükəsizlik və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Ələddin Burujerdinin lidedrliyi ilə həyata keçirilir. Səfər iki yüksək səviyyəli iranlı komandirin Suriyada öldürülməsinin ardından baş verib.

Burujerdi Dəməşq hava limanında verdiyi açıqlamada deyib:

"Suriya, İraq, İran və Rusiya arasında iş birliyi konstruktiv və uğurludur"

Xarici KİV-lərin məlumatına görə, İran ötən günlərdə quru əməliyyatları başlatmaq üçün, Suriyaya minlərlə piyada göndərib.

Rusiya və İrandan hərbi dəstək alan Suriya ordusu diktator Əsədin hakimiyyətdə qala bilməsi üçün, qərb bölgələrindəki müxalifləri vurmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru