Əsəd Suriyanı İŞİD və PYD ilə bölüşdürür - Şərtlər

16-10-2015, 11:44           
Əsəd Suriyanı İŞİD və PYD ilə bölüşdürür - Şərtlər
Suriya Prezidenti Bəşər Əsəd müxalif qüvvələrlə vuruşmaları üçün İŞİD və PYD (PKK-nın Suriya qanadı) ilə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Məlumata görə, Əsədin iki komandiri İŞİD-in üç yüksək rütbəli nümayəndəsi ilə görüşərək bir-birlərinə hücum etməmək barədə razılaşıb. Eyni razılaşma PYD ilə də imzalanıb.

Razılaşmanın şərtləri belədir:

- İŞİD PYD ilə razılaşdırılmış kürd bölgələrinə hücum etməyəcək. Ortaq düşmən Azad Suriya Ordusu (ASO) olacaq. İŞİD qurudan, Əsəd isə havadan ASO-nu vuracaq.

- İŞİD Suriya rejiminin tələbi ilə Dəməşqin şərqində mövqe tutan müxalif İslam Ordusunun lideri Zehran Alusini öldürəcək.

- İŞİD rejimə xidmət qarşılığında həm boru, həm də tankerlər vasitəsilə neft satmağa davam edəcək.

Qeyd edək ki, son günlərdə İŞİD-in müxaliflərdən ələ keçirdiyi bir çox bölgəni Əsəd rejiminə qarşıdurmasız təhvil verdiyi, PYD-nin isə bir çox müxalif nöqtəsinə İŞİD-lə mübarizə adı altında hücum etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru