Rusiya ən güclü qırıcılarını satdı – Tarixdə ilk

19-11-2015, 20:05           
Rusiya ən güclü qırıcılarını satdı – Tarixdə ilk
Çin Rusiyadan 24 ədəd Su-35 qırıcısı almaq üçün Moskva ilə müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında “Rostex” dövlət şirkətinin rəhbəri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, müqavilənin dəyəri 2 milyard dollardır. Çemezov Çinin Su-35 təyyarələrini alan ilk xarici dövlət olacağını bildirib.
Qeyd edək ki, Su-35 Rusiyanın ən güclü qırıcılarından biri hesab edilir. O, Su-27 qırıcılarının daha modernləşdirilmiş formasıdır. Bu qırıcı 4500 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru