`Qazprom` Gürcüstana ultimatum verdi – Energetika naziri

20-01-2016, 14:49           
`Qazprom` Gürcüstana ultimatum verdi – Energetika naziri
Gürcüstanın Energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, “Qazprom” Gürcüstana ultimatum verib.

AzVision.az xəbər verir ki, bu barədə Kaladze “Rustavi 2” kanalının efirində bəyan edib.

Gürcüstana tranzit üçün ödəməni xammal ilə deyil, pul ilə etmək təklifini edən Rusiya açıq şəkildə bəyan edib ki, əks təqdirdə Ermənistana qaz İrandan keçərək tranzit ediləcək.

““Qazprom” maliyyə ödəməsinə keçməyi təklif edib. Bilirsiniz ki, nəql edilən qazın 10%-i Gürcüstana qalır, biz bunu xammal şəklində alırıq.

Bu, bizim üçün yenilik idi. Onlar belə şərt qoyarkən, biz qəti razı olmadığımızı bildirdik, amma görüş zamanı bizə açıq şəkildə Ermənistana qazın İrandan nəql edilmə imkanının olduğunu bildirdilər.

Ola bilər ki, birinci il nəzərdə tutulan qaz həcmini nəql etmək bir qədər çətin olacaq, amma sonrakı illərdə “Qazprom” bu texniki imkandan istifadə edəcək.

Müvafiq olaraq biz nazirlikdə onların verdikləri ultimatumun nə dərəcədə real olmasını müzakirə etdik və Rusiyanın Ermənistana bu gün üçün İrandan keçməklə 1 milyard kubmetr qaz tədarük edə biləcəyini müəyyənləşdirdik.

Lakin bəzi investisiyaları həyata keçirdikdən sonra onlar erməni bazarını qazla tam təmin edə biləcəklər. Bu təhlükə var və bizim üçün energetik nöqteyi-nəzərindən nəticələr ağır olacaq”, - Kaladze bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru