Kuper İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib

Bu gün, 16:34           
Kuper İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper İranın öz qonşularına və Amerikanın regiondakı maraqlarına təhdid yaratmaq qabiliyyətinin kəskin şəkildə azaldığını bildirib.

TEREF xəbər verir ki, o, bunu ABŞ Senatının komitəsi qarşısında çıxışı zamanı bildirib.

"İran tərəfindən təhdid səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və artıq regional tərəfdaşlar və ya Birləşmiş Ştatlar üçün əvvəlki qədər təhlükə yaratmır. Onun potensialı xeyli zəifləyib. Bu gün HƏMAS, Hizbullah və husilər İran tərəfindən silah tədarükündən və dəstəkdən tamamilə kəsiliblər", - Kuper deyib.

O həmçinin qeyd edib ki, ABŞ qoşunları İranın pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün yüksək texnologiyalı döyüş sursatlarından istifadəni dayandırıb və İranda PUA-ların cəmi 10 %-i qalıb./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru