Kanadada məktəbli müəlliməsi və qardaşlarını öldürüb

23-01-2016, 13:00           
Kanadada məktəbli müəlliməsi və qardaşlarını öldürüb
Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) məktəbdə silahlı insident baş verib.

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, atəş açan yeniyetmə mer vəzifəsini icra edən Kevin Janvierin qızını öldürüb.
Mer Kevin Janvier bildirib ki, 23 yaşında olan qızı məktəbdə müəllim işləyirdi.Məlumatlara görə, cinayətkar məktəbə hücum etməzdən öncə, öz evlərində 2 qardaşını da qətlə yetirib.
Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdo silahlı insident nəticəsində 5 nəfərin öldüyünü, 2 nəfərin isə ağır yaralandığını bəyan etmişdi. Cinayətin motivləri hələlik açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru