"Putin iki şeydən qorxur" - Yuşenko Qarabağdan danışdı

23-01-2016, 15:06           

“Rusiya prezidenti Vladimir Putin və onun rejimi iki şeydən qorxur”.

Bu barədə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko canlı yayımda çıxışı zamanı deyib. O, Putinin qorxduğunu iddia etdiyi amilləri də sadalayıb: “Putin və onun rejimi iki şeydən qorxur. Bunlar cəmiyyətin reaksiyasıdır ki, bu da Putinin rejimini məhv edir. Onun qorxduğu ikinci şey isə beynəlxalq ictimaiyyətin reaksiyasıdır”.

Yuşenko daha sonra əlavə edib: “Ölkə lideri nüvə terrorizmində (söhbət Rusiya FTX-nin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsindən gedir) ittiham olunanda, hesab edirəm ki, bu cinayətə dair Ukrayna kontekstinə də sahib olmaq vacibdir. Çünki, ölkəmizin şərqində baş verənlər zamanı 10 min oğlumuzu itirmişik və bu, terrorizmdir. Osetiya və Abxaziyada baş verənlər terrordur. Dnestryanıda baş verənlər və ya Dağlıq Qarabağda baş vermiş hadisələr terrordur”.

Azews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru