Danimarka sayağı "humanizm - Qaçqınların əlindəkiləri alacaqlar

27-01-2016, 10:12           
Danimarka sayağı "humanizm - Qaçqınların əlindəkiləri alacaqlar
teref.az xarici mətbuata istinadən yazır ki, yanvarın 26-da Danimarka qanunvericiləri polisə icazə verib ki, qaçqınların qalma və ərzaq xərclərinin ödənməsi üçün üzərlərindəki 1500 dollardan artıq dəyəri olan əşyalar müsadirə olunsun.

Ötən il Danimarkaya 20 min qaçqın gedib. Bu, Avropa Birliyində adambaşına düşən qaçqın sayına görə ən yüksək rəqəmlərdəndir.

Danimarkada qəbul olunan qayda BMT baş katibinin sözçüsünün tənqidinə səbəb olub. Stephane Dujarric deyib ki, Avropaya gələn qaçqınlara “hörmətlə yanaşılmalı, qaçqınların bütün hüquqları qorunmalıdır.

Müxalifətdən olan siyasətçilər yeni qanunu “xəstə millətçilik”, miqrantları qorxutmaq addımı adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru