Şimali Koreyadan müharibə elanı açıqlaması

11-02-2016, 22:24           
Şimali Koreyadan müharibə elanı açıqlaması
Şimali Koreya Cənubi Koreyanın Kaesong sənaye zonasından firmalarını çəkməyə başlamasını "müharibə elanı" kimi qiymətləndirərək, orduya sənaye zonasını mühasirəyə almaq tapşırığı verib.

FaktXəbər-in məlumatına görə, Pyongyang rəhbərliyindən bildiriblər ki, dünyanın ən intensiv silahlandırılmış sahələrindən biri kimi qəbul edilən Kaesongdakı sənaye bölgəsində işləyən yüzlərlə Cənubi Koreya vətəndaşının deportasiya edildiyi, on minlərlə Şimali Koreyalı fəhlənin geri çəkildiyi və Cənubi Koreyaya aid bütün əmlakın dondurulduğu bildirilib. Bəyanatda sərhəddəki iki təcili yardım xəttinin də bağlandığı qeyd edilib.

Kaesongda işləyən Cənubi Koreya vətəndaşlarının bölgədən çıxmasına icazə verilib verilməyəcəyi hələ bilinmir. Pyongyang rəhbərliyinin vətəndaşlarının maaşları ödənənə qədər bəzi Cənubi Koreyalıları saxlayacağı iddia edilir.

Cənubi Koreyalı rəsmilər də regionda işləyənlərə yerli vaxtla 17.30-a qədər vaxt verdiyini, bu müddətdə bölgəni tərk etməyənlərə qarşı hansı sanksiya tətbiq edəcəyinin hələ məlum olmadığını deyib.

"Yonhap" xəbər agentliyi hərbi dairələrə istinadən yayımladığı xəbərdə Cənubi Koreyanın ehtimal olunan təhdidə qarşı sərhədin qərb hissəsini hərbi baxımdan gücləndirdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru