Kerri Moskvanı və İranı hədələdi: “Yoxsa qoşun yeridəcəyik”

13-02-2016, 12:16           

“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu,Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.

APA-nın məlumatına görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibiCon Kerri deyib.

C. Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.

Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.

O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarınınBəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil: "Onlar öz vətənlərinə qayıtmalıdırlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru