"Facebook"dan inanılmaz yenilik: mobil operatorlara ağır zərbə

16-02-2016, 00:50           

"Facebook" korporasiyası şəxsi messencerdən SMS qəbul etmək və göndərmək funksiyasını sınaqdan keçirir.

teref.az lent.az-a istinadən bildirir ki, bu barədə "Techcrunch" portalı şirkət nümayəndələrinə istinadən xəbər verib.

Yeni funksiya istifadəçilərə smartfonun özünün SMS qəbulu, oxunması və göndərilməsi üçün əlavəsinin istifadəsindən tam imtina etməyə imkan verəcək. Həmçinin korporasiya bir neçə akkauntun bir avadanlığa inteqrasiyası seçimini sınaqdan keçirir. Belə funksiya bir cihaz istifadə edən bir neçə istifadəçi üçün faydalı ola bilər.

Yanvarda isə "Facebook"un messencer bölməsinin rəhbəri Devid Markus messencerlərin inkişafı fonunda telefon nömrələrinin "öləcəyini" bildirib.

"2016-cı il telefon nömrələrinin real olaraq ölmə əlamətlərinin aşkar olunacağı il olacaq. Bu da "Facebook" messencerinin qismən yayılması ilə bağlı olacaq", - deyə Markus özünün sosial şəbəkədəki səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru