ABŞ Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım ayırıb

6-03-2016, 10:27           

ABŞ Konqresi Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım ayırıb.

APA-nın “Kommersant”-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Maykl Karpenter bəyan edib.

“Münaqişə başlayandan etibarən ABŞ Ukraynaya 265 milyon dollar məbləğində yardım ayırıb. Biz müxtəlif təlim proqramları çərçivəsində əməkdaşlıq etmişik, Ukrayna tərəfinə hərbi ləvazimat, radar qurğuları, gecə görmə cihazları, müvafiq nəqliyyat vasitələri, patrul gəmiləri verilib. Ukrayna ordusu müstəqil surətdə öz ölkəsini müdafiə etməyə qadir olmalıdır. Məqsədimiz budur. Həmçinin, biz Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmaları yerinə yetirilməyənədək qüvvədə saxlamağa hazırıq”, deyə M.Karpenter bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru