Putin hərbi xərcləri azaldır

6-03-2016, 10:58           
Putin hərbi xərcləri azaldır
2016-cı ildə Rusiyada hərbi xərclər 5 faiz azaldılacaq.Virtualaz.org bildirir ki, bunu “Rusiya xəbər xidmətinə” müdafiə nazirinin müavini Tatyana Şevtsova deyib.
Onun sözlərinə görə, prezident Vladimir Putin tərəfindən hərbi büdcənin azaldılması haqqında qərar qəbul olunub.
“Həmçinin qərar qəbul olunub ki, Müdafiə Nazirliyinin büdcəsi on deyil, beş faiz azaldılacaq”- deyə T.Şevtsova bildirib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin hərbi xərclərinin 2016-cı ildə on deyil, beş faiz azaldılacağı barədə xəbəri fevralda “Vedomosti” qəzeti yaymışdı.Yeri gəlmişkən, açıqlanan rəqəmlərə görə, azaldılan hərbi xərclərin məbləği 160 milyard rubl təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru