İsraildə qanlı gecə: 2 ölü, 9 yaralı

9-03-2016, 02:35           
İsraildə qanlı gecə: 2 ölü, 9 yaralı
İsrailin Yafa şəhərində bıçaqlı hücum hadisəsi yaşanıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib.

Məlumata görə, hücumçu aralarında turistlərin də olduğu bir çimərliyin yaxınlığında insanları bıçaqlamağa başlayıb. Hadisə yerindən qaçmağa çalışan fələstinli cinayətkar polis tərəfindən vurularaq, öldürülüb.

Xəbər verilir ki, cinayətkarın öldürdüyü turist ABŞ vətəndaşı olub.

Bildirlir ki, hadisə zamanı İsraildə olan ABŞ rəsmisi Co Baydn həmin bölgədən bir neçə kilometr kənarda iclasda olub.

Qeyd edək ki, Gün ərzində İsrailin müxtəlif bölgələrində fələstinlilər daha üç hadisə törədiblər və nəticədə dörd fələstinli öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru