Rus təyyarələri İngiltərə və Fransanı qarışdırdı

9-03-2016, 09:13           

Rusiyanın Tu-160 tipli bombardmançı təyyarələri Fransanın Touqut şəhərindən 60 km uzaqlıqda La-Manş boğazının üzərindən keçib. Bu olay həm Fransa, həm də İngiltərədə ciddi narahatlığa səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, nüvə başlıqları daşıyan Tu-160 təyyarələri fevralın 17-də radarlara düşsə də, fevralın 20-də Fransa Müdafiə Nazirliyinin saytında bu barədə kiçik xəbər verilib.

Bildirilib ki, sözügedən təyyarələr ilk dəfə La-Manş boğazı üzərindən uçarkən radarlara düşüb.

Digər məlumata görə, Rusiya təyyarələri İngiltərə və Fransanın qırıcları tərəfindən ərazidən uzaqlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru