Rusiyanın neft ixracından əldə etdiyi gəlir 43,71 faiz azalıb

11-03-2016, 09:48           

2016-cı ilin yanvarında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər keçən ilin yanvarının göstəricisi ilə müqayisədə 43,71 faiz – 4,42 mlrd dollaradək azalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətin məlumatında bildirilir.

Məlumata görə, Rusiya neft ixracının həcmini 2,26% - 19,197 mln tonadək azaldıb. Uzaq xarici ölkələrə neftin ixracı 2,45 faiz – 17,206 mln tonadək azalıb. İxracın həcmi pul vahidində 4,159 mlrd dollar təşkil edib (2015-ci ilin yanvar göstəricinsən 44,7 faiz az). MDB ölkələrinə neftin ixracı 0,55 faiz – 1,99 mln tonadək azalıb, pul vahidində bu göstərici 19,4 faiz – 261 mln dollaradək azalıb.

Neft məhsullarının ixracı 2016-cı ilin yanvarında 25,1 faiz – 10,803 mln tonadək azalıb. Pul vahidində bu göstərici 3,052 mlrd dollar azalıb (2015-ci ilin yanvar göstəricinsən 1,3 dəfə azdır).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru