Rusiyada baş komandan istefa verdi

14-03-2016, 21:27           
Rusiyada baş komandan istefa verdi
Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Viktor Çirkov səhhəti ilə əlaqədar Silahlı Qüvvələrin heyətindən uzaqlaşmaq barədə raport verib.

AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Hazırda Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini şimal donanmasının admiralı Vladimir Korolev icra edir. Mənbənin sözlərinə görə, Korolev yaxın zamanlarda Çirkovun əvəzinə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsinə gətiriləcək.

O, vurğulayıb ki, bu barədə qərar aprelin əvvəlinə qədər qəbul olunmalıdır.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının baş komandanın müavini Aleksandr Fedotnikov bu ilin yanvar ayında jurnalistlərə bildirmişdi ki, Çikrov “yüngül əməliyyat keçirib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru