Donald Tramp qalmaqallı seçki videosu paylaşdı

17-03-2016, 00:53           
Donald Tramp qalmaqallı seçki videosu paylaşdı
ABŞ prezidentliyinə namizəd Donald Tramp özünün «İnstaqram» səhifəsində növbəti seçkiöncəsi təşviqat videosu paylaşıb. Bu video dərc olunan andan böyük səs-küyə və birmənalı olmayan müzakirələrə səbəb olub.

Virtualaz.org xəbər verir ki, videoçarxda Vladimir Putin və Trampın seçkilərdəki əsas rəqibi Hillari Klinton da görünürlər.

Kadrlardan göründüyü kimi, Putin tatami üzərində rəqibinin kürəyini yerə vurur. Sonrakı kadrda isə Demokrat partiyasının əsas namizədi Hillari Klinton hürür.

Videoçarxin başlığı isə belədir: «Sərt rəqiblərimizlə qarşılaşma zamanı gəldikdə demokratların ideal cavabı var. Biz zarafat obyekti olmamalıyıq».
[media=https://www.youtube.com/watch?v=qEVrx8KH-Tw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru