Küveyt Hizbullahı ölkədən qovur

18-03-2016, 01:14           

Küveyt hökuməti Hizbullah təşkilatı ilə bağlı olan iş adamı və media nümayəndələrini ölkədən deportasiya etməyə başlayıb.



Küveyt xüsusi xidmət orqanları həmçinin Hizbullah tərəfdarlarının ölkəyə girişini qadağan edən siyahı da hazırlayıb.



Ölkədə yaşayan Hizbullah tərəfdarlarının isə əsasən Livandan olduğu bildirilib.



Qeyd edək ki, bir müddət əvvəl Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının baş tutan toplantısında Hizbullah terror təşkilatı olaraq tanınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru