Putinə qarşı sanksiyalar tətbiq edilə bilər

18-03-2016, 02:22           
Putinə qarşı sanksiyalar tətbiq edilə bilər
Avropa Parlamentinin rəhbəri Putinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü istisna etməyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə Avropa Parlamentinin sədri Martin Şults bildirib.
Martin Şults Ukraynanın hazırladığı “Savçenko siyahısı”nın ona təqdim edildiyini təsdiqləyib.
“Bu siyahı mənə təqdim edilib. Müvafiq qurumlarımız və mən özüm də bu siyahını araşdıracağıq. Siz sualı belə qoydunuz: “Siyahıda yer alan bütün şəxslər persona non qrata elan ediləcəkmi və prezident Putinin adı çəkilibmi? Mənim cavabım belədir: “Siyahıdakı şəxslərin hamısı persona non qrata elan edilməyəcək. Ola bilər ki, bu bir nömrəli şəxsə (Rusiya prezidentinə) aid edilməsin”, - deyə Martin Şults ukraynalı jurnalistin müvafiq sualına cavabında bildirib.
Qeyd edək ki, “Savçenko siyahısı” 40 nəfərdən çox şəxsi əhatə edir.
lkin məlumata görə, siyahıya Rusiya FTB rəhbəri Aleksandr Bortnikov, İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin, XİN rəhbərinin birinci müavini Vladimir Titov daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru