Suriyada döyüşən azərbaycanlıların yeni VİDEOSU yayıldı

18-03-2016, 14:24           
Suriyada döyüşən azərbaycanlıların yeni VİDEOSU yayıldı
Suriyada döyüşlərdə iştirak edən azərbaycanlı terrorçuların yeni videogörüntüsü yayılıb.

AzVision.az xəbər verir ki, videoda “İraq-Şam İslam Dövləti” terrorçu qruplaşmasına daxil olan azərbaycanlı yaraqlıların yeni əməliyyata hazırlaşdıqları görüntülənib.

Videoda “İraq-Şam İslam Dövləti” silahlı qruplaşmasının üzvü “Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilir. Bundan başqa azərbaycanlılarla birgə Türkiyə vətəndaşları da görüntülərdə əks olunub.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində döyüşlərə başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 150-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.
[media=https://www.youtube.com/watch?v=-w-p3ZIvumE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru