Milyarder təyyarə qəzasında öldü... Ailəsi ilə birlikdə - ŞOK

20-03-2016, 14:04           

Braziliyanın San Paulu şəhərində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.

Məlumata görə, eniş məqsədilə manevr edən pilot idarəetməni itirib, nəticədə təyyarə qaraja çırpılıb. Qəza nəticəsində 4 kişi və 3 qadın ölüb. Qəza nəticəsində yerdə olan bir qadın da yaralanıb.

Məlumata görə, təyyarənin tanınmış braziliyalı milyarder Rocer Aqnelliyə məxsus olduğunu bildirilir. Məlumata görə, “Vale” dağ-mədən korporasiyasının sabiq prezidenti Rocer Aqnelli təyyarədə olub və qəza nəticəsində ölüb. Yerli mətbuatın məlumatına görə, pilot və sahibkardan başqa təyyarədə, həmçinin, onun həyat yoldaşı, oğlu və qızı yoldaşları ilə birlikdə olublar. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru